Hərdən
özümə qıraqdan baxanda qəribə olduğumu hiss edirəm. Yolda, avtobusda, metroda,
universitetdə, hətta evdə belə yad, qərib olduğumu dərk edəndə həm sevinirəm,
həm kədərlənirəm. Kədərlənirəm ki, hamı ilə anlaşa bilmirəm, müsahib ola biləcəyim
adam tapmaqda çətinlik çəkirəm. Sevinirəm ki, çox vaxt qəribə, sıradan olmayan
hadisələrlə qarşılaşıram, qəribə yuxular görürəm. Son vaxtlar yuxu xəzinəm
xeyli zənginləşib. Məsələn, Necati Şaşmazın( Polat Alemdar) Nizami küçəsində
dönər satması, Cavid Ağanın saqqalsız olması, Əli Əkbərin üstümə bıçaq çəkməsi
kimi rəngarəng yuxular. Bəzən də yuxularıma mifik oAvropasında bir yerlərdəyəm. Şəhərdə hər şey dəyib birbirinə, hər tərəf tüstü
dumandı, hamı ora bura qaçır. Kimi dayandırıb soruşmaq istəyirəm ki, nə baş
verir heç kim dayanmır. Gördüm cavab verən ol əjdahanı oyadıb, nəyimiz var, nəyimiz yox, hamısını məhv edəcək. Onda başıma
dəydi ki, qara camaat əlindəki üç-beş qəpiyi əjdahanın əlinə verməmək üçün
ora-bura
Həyatımda
bu qədər qəribəlik yaşayıram, amma bir şey heç vaxt dəyişmir. Hər gün saatın
zənginin yuxularımı yarımçıq qoyması. Yuxudan oyanandan sonra, gördüyüm röyalar
haqqında düşünməy, yuxularımın alt şüurumdakı hansı qalıqlardan törədiyini
analiz etməyi xoşlayıram. Deməli belə nəticəyə gəldim ki, Adam Smit
“Gözəgörünməz əl” kimi əjdaha bir nəzəriyyəni ortaya atıb yatmış zənginləri
oyadır. Camaat da üç-beş qara qəpiyini özündə saxlamaq üçün ora-bura qaçır ki,
bəlkə bir çarəsi tapılar. Deməli mən də orda hansısa inqilabçı obrazında idim.
Əjdahanı öldürməyə cəhd edən inqilabçı. Bizim çay içib, muğam dinləyib, nəsihət
verməyi əla bacaran ağsaqqallardan fərqli baxışlarla mənə baxan da yəqin ki,
Karl Marks olar. Əlindəki kitab da “Kapital”. Marks o vaxt da demişdi, indi də
deyir ki, “əjdaha”nın axırına “Kapital”
çıxacaq.
Qəribə,
qeyri adi yuxular görmək yaxşıdır. Amma qorxuram ki, sabah tutub basarlar içəri
ki, sən siyasi fəaliyyətlə məşğulsan, hakimiyyət çevrilişi etmək üçün planlar
qurursun, hələ bir Marksdan kitab da alırsan. Hər səhər duranda şükür edirəm
ki, cərimələrin bu qalxan vaxtında aksiya, mitinq görmürəm....

0 yorum:
Yorum Gönder