İnternasionala baxış

  • 18:19
  • 0 yorum


Oyan, artıq yuxudan oyan, oyan əsirlər dünyası: Yüzillərdir yaxşı yuxular görmək ümidilə yatırsan, oyan xalq, oyan. Gerçək xoşbəxtlik reallıqda sənin ola bilər.
                                                                   ***
Zülmə qarşı qisasımız vulkan, savaşımız ölüm-dirim savaşı: Yetər artıq yüzillərdir bizi insan saymayanlara qarşı susduq. Sürünərək yaşamağı, ayaqüstə ölməkdən üstün tutma. Azadlığın üçün savaş, ölənə qədər savaş. Onsuzda kölənin ölüdən fərqi yoxdur...
                                                                    ***
Keçmiş kökündən silinsin, biz başqa dünya istəyirik: Keçmişimizə dönüb baxanda hər zaman kölə olduğumuzu görə bilərik. Bəsdir artıq bu köləlik, biz azad olacağımız bir dünya istəyirik. Biz müharibə dolu dünya istəmirik, biz sevgi və ədalət istəyirik...
            
                                                         ***
Bizi heç sayanlar bilsin, bundan sonra hər şey bizik: Təbiətimizi, sərvətlərimizi istismar etdikləri bəsdir. Onların üstündə hər birimizin haqqı vardır. Haqqımızı tələb edək. Onlara əslində nə qədər güclü olduğumuzu göstərməyin vaxtı yetişib.
                                                                   ***
Bu savaş ən sonuncu savaşımızdır artıq: Azad olmaqdan, insan kimi yaşamaqdan başqa savaşımız yoxdur. Bu insanığın ilk və son savaşıdır. Bütün savaşlar saxta və uydurmadır. Bütün savaşlar hər zaman onları daha güclü qıldı. Məğlub olsaq da, qalib gəlsək də, hər zaman ölən biz olduq. Biz bizi öldürdük. Yetər bu qədər. Artıq onlarla savaşaq, gerçək savaşımıza dönək.
                                                                 ***
İnternasionalla qurtulur insanlıq: Birləşməkdən başqa çarəmiz yoxdur. Azad olmaq üçün, insan olmaq üçün BİRLƏŞƏK

0 yorum:

Yorum Gönder

 

Copyright © 2010 Yoldaş Qırmızı, All Rights Reserved. Design by DZignine