Müsəlmanlar Cahiliyəyə qayıdır...

  • 11:33
  • 0 yorum



Müsəlmanlar Məhəmməd peyğəmbərdən əvvəlki dövrü cahiliyyə dövrü adlandırır. Hər zaman cahiliyyə dövründə yaşananlar pislənir, cahiliyyə adətləri İslam aləmində qəbul olunmur. Müşriklərin peyğəmbərə və ilk müsəlmanlara yaşatdıqları şiddətlə tənqid olunur, lənət oxunur. Amma dünya fırlandı, dövr dəyişdi Məhəmmədin ümməti müşriklərin peyğəmbərə, ilk müsəlmanlara yaşatdıqlarını indi inancsızlara yaşadır. Yəni ki, müsəlmanlar pislədikləri cahilliyə adətlərinə geri qayıdır. Taleyin ironiyası.
            Məhəmməd Peyğəmbər yeni din gətirəndə məkkəlilərin ilk reaksiya “Ey Məhəmməd, sən bizdən ata-babalarımızın dinindən dönməmizi istəyirsən? Vallah, biz ata-babalarımızın dinindən dönmərik” olmuşdu. Məkkəli müban ateist olub?” sualına şahid olmuşuq. Müsəlmanlar məkkəli müşriklərlə eyni sualı verir. 
            Məhəmməd açıqdan təbliğə başlayarkən müşriklər onu döymüş, daşlamış, hətta öldürməyə belə cəhd etmişdilər. Hər gün təhdid edir, öldürməklə hədələyirdilər. Bu gün müsəlmanlar da İslamdan çıxanlara qarşı eyni metodu tətbiq edirlər. İnancsızlar döyür, ölümlə təhdid edirlər. Hamımız təhdidlərə də şahid olmuşuq. Müşriklərlə müsəlmanların ənənə halını almış dindən çıxmağa qarşı reaksiyası eynidir.
            Məhəmməd peyğəmbər müşriklərin tapındığı bütləri qırmışdı. Özünə  xeyri və zərəri olmayan bütləri. Müsəlmanların doqmalaşdırdıqları Allah da məkkəlilərin bütlərindən heç nəyi ilə fərqlənmir. Sadəcə biri görünür, digəri
isə görünmür. Bu gün tapınılan “Allah” əslində Allahın əsmalarından olan “HAYY” ismini inkar edir. Yəni doqmalaşan Allah “diri” deyil, ölüdür. Məhəmməd müşriklərin bütünü qırırdı. Bu gün inancsızlar da dolayı yolla müsəlmanların bütünü qırır. Reaksiya eyni: Təhdid etmək, söymək, döymək, hətta öldürmək.
            Müşriklər tərəfindən dininə görə öldürülən Ammarın atası Yasirlə, müsəlmanlar tərəfindən öldürülən Rafiq Tağı arasında nə qədər fərq var? Biri şəhid, digəri kafir? Müsəlmanlar müşrikləri təkrar etdi, dininə görə insan qətl etdi. Ya da müşriklərin təhdidləri nəticəsində Məkkədən ayrılan Cəfərlə, Ağalar Məmmədov arasındakı fərq nədir? Biri müşriklərin təhdidləri sayəsində gedib, digəri müsəlmanların.
            Deməyim odur ki, dünya tərsinə çevrilib. Müsəlmanlar hər addım başı lənət oxuduqları Əbu Cəhli, Əbu Ləhəbi, Utbəni təkrar edirlər. Həm də heç fərq qoymadan, eynisilə.
             P.S. Paylaşılan şəkildə o gün üçün öldürən müşrikdir. Şəkli müasirləşdirsək öldürən müsəlman olacaq. Belə Paradoks



0 yorum:

Yorum Gönder

 

Copyright © 2010 Yoldaş Qırmızı, All Rights Reserved. Design by DZignine