"İşıq Elm və Araşdırma Mərkəzi"

  • 09:49
  • 2 yorum


 Sən mənə bir alma versən, mən sənə bir alma versəm səndə bir alma olacaq məndə də bir alma olacaq. Sən mənə bir bilik versən, mən sənə bir bilik versəm, səndə iki bilik olacaq, məndə də iki bilik olacaq(Konfutsi)
Bu gün "İşıq Elm və Araşdırma Mərkəzi" nin VHP-də ilk konferası keçirildi. “Kainatın görünməyən tərəfləri” adlı konferansda günəş sistemi, atom, yer kürəsinin təbiəti haqqında maraqlı biliklər gənclərə təqdim edildi. Atomdan tutmuş, astronomik bilgilərə qədər maraqlı mövzular diqqət mərkəzinə çəkildi. Düşünürəm ki, iştirakçılar həm bilik əldə etdilər, həmdə maraqlı vaxt keçirdilər. Şəxsən öz adıma bir çox yeni şey öyrəndim. Mühazirələrdən sonra iştirakçılarla mühazirəçilər arasında interaktiv sual cavab oldu. Düşünürəm ki, bəzi anlaşılmazlıqlara baxmayaraq konferans hamı üçün maraqlı və öyrədici keçdi.
          "İşıq Elm və Araşdırma Mərkəzi" “Kainatın görünməyən tərəfləri 2” adlı konferans keçirməyi planlaşdırır. Marağı olan hər kəsi konferansa dəvət edirəm. Və üzvlərə təşəkkürlərimi bildirirəm. Gənc dostlarımızın biraz təcrübəsiz olmalarına baxmayaraq onların bu yolda böyük uğur qazanacağına əminəm. Onlara “İşıq”lı biliklər arzulayıram. 
Tezliklə konferansda şəkillər də əlavə edəcəm

2 yorum:

{ Runnex } at: 9 Eylül 2012 10:32 dedi ki...

Buna çata bilmədim amma digərinə yəqin ki, olacam. Mübahisə yaradan mövzu nə idi qısaca yaza biləriniz?

{ Yoldaş Qırmızı } at: 10 Eylül 2012 15:48 dedi ki...

Əslində ciddi mübahisə hesab etmək olmaz. Sadəcə hafif anlaşılmazlıq, yaradılış və evrim mövzusunda

Yorum Gönder

 

Copyright © 2010 Yoldaş Qırmızı, All Rights Reserved. Design by DZignine