Kamal Sunal və Film Devrimi

  • 14:14
  • 2 yorum

            Bu gün Solun gülən üzü Kamal Sunalın vəfatının 12-ci il dönümüdür. Filmlərinə gülə-gülə dəfələrlə baxdığımız Kamal Sunal kariyerasına "Hababam Sınıfı" filmi ilə "İnək Şaban" rolunda başlayıb və "Propaqanda" filmi ilə bitirib. Türk filminin usta aktyorunun yüzlərlə filmi var. Bu yazıda konkret bir filmi- Osman Sedenin ssenari və rejisorluğu ilə çəkilən "100 numaralı adam"dan bəhs etməyə çalışacam.
            Baş rol oyunçusu- filmdəki adı ilə Şaban kasıb bir ailənin oğludur.  Dəfələrlə işə girsədə heç bir işi bacarmır və qovulur. Sonda reklam istehsalçıları xalqdan birini- Şabanı kəşf edir. Şaban bir anda reklam ulduzuna, xalqın sevimlisinə çevrilir. Reklam şirkəti hər cür xarab malı Şaban vasitəsilə reklam edir və mallar sürətlə istehlak edilməyə başlayır. Ona inanan xalq reklam olunan hər malı alır. Şaban çıxdığı televiziya verilişinde saf olduğundan Kapitalizmin xırda burjuasını- ticarətlə məşğul olanları ifşa edir. Atası südə su qatır, əczaxanaçı dərmana əhəng. Hətta insanların istehlak etdiyi ətə belə yad maddələr qarışdırırlar.
Bu kapitalizmin qanunudur. Yaşamaq üçün kimlərisə aldatmalısan.
            Filmdə ən çox diqqət verilən, ən kəskin şəkildə ifşa olunan kapitalizmin "dayağı"- reklam sektorudur. Reklam sektorunun hər oyunu filmin sonunda ifşa olunur. Xarab konservləri, keyfiyyətsiz parçaları xalqa necə sırıdıqları hər detalı ilə açılır. Kapitalizm üçün heç bir dəyər yoxdur. Ucuz başa gəlsin deyə məmulatdan kəsərək tikdikləri bina camaatın başına uçur. Nəticə də 10 ölü. Bunlar kapitalizmin ürəyini ağrıtmır, hələ də arada pul davası gedir. Filmin finalında evini onu aldadanlardan qoruyan Şaban, televiziyaya açıqlama verir və onun özünü də, xalqı da necə aldatdıqlarını deyir. Ona bunu etməməsi üçün milyonlar təklif edən kapitalizmə veriləcək tək cavabı verir Şaban: " Eşşek oğlu eşşek". 
            Bəlkədə hamımız bu filmə 10larla dəfə baxmışıq. Yenə də baxmağa dəyər. Böyük ustanı sevgi və sayqı ilə yad edirik.
            P.S. Yazı bir gün gecikmiş halda yayımlanır. Kamal Sunalın ölüm tarixi 3 iyun 2000-ci ildir

2 yorum:

{ Şəms.mir } at: 3 Temmuz 2012 18:25 dedi ki...

yaxwi alinib

Adsız at: 12 Eylül 2012 09:35 dedi ki...

senin bashina isheyim

Yorum Gönder

 

Copyright © 2010 Yoldaş Qırmızı, All Rights Reserved. Design by DZignine