Aziz Nesin: Qəhvə və Demokratiya ( Tərcümə)

  • 13:00
  • 2 yorum

            İki şey var ki, onlar yurdumuzda yetişmir. Biri qəhvə, biri demokratiya. İkisi də bizə xaricdən gəlir. Nə etdiksə yurdumuzda qəhvə yetişdirə bilmədik. Vətənimizin torpağı, havası, suyu qəhvə yetişdirmək üçün əlverişli deyil.
            Demokratiyaya gəldikdə isə...
            Sözün düzü onun yetişməsi, inkişaf etməsi üçün əlimizdən gələni etdik. Tariximizə baxsanız, təxminən yüz il əvvəl yurdumuza demokratiyanın toxumları səpilib. Biz illərdir
  -    Demokratiyamız filiz verdi;
-    Gənc demokratiyamız;
-    Demokratiyanın cücərtiləri...deyib durmuşuq.
         
Şükür yetiştirənə neçə ildir demokratiyanı güc-bəla ilə bu boya gətirdik, bir cücərti oldu.
          Yüz ildir bu demokratiya üçün sərf etdiyimiz gücü qəhvə yetişdirmək üçün istifadə etsəydik,  bu gün məmləkət balta girməmiş qəhvə meşəsinə dönərdi.
          Zamanında lazım imiş, bilməmişik. Qəhvə toxumu əkmək əvəzinə demokratiya toxumu əkmişik. İndi isə olanlar göz qabağındadır.
          Şükürlər olsun, demokratiyadan heç bir şikayətimiz yoxdur, yoxsa qəhvəsizlikdən çəkdiyimizi biz bilirik. Adı üstündə qəhvə. Heç nəyə bənzəməz. Oysa demokratiya olsa da olar, olmasa da. Qəhvə olmasa insanın başı gicəllənər, demokratiya olmasa gicəllənməz. Qəhvənin məst edici iyisi var, demokratiyanın iyisi belə yoxdur. Qəhvəni fincana süzüb içə bilərsən, demokratiyanı nə yemək, nə də içmək olar. Məni başa sala bilərsinizmi demokratiya nə işə yarayır?
          Xaricdən məmləkətimizə bol miqdarda demokratiya gəlir, amma qəhvə yox. Qəhvəni satırlar, demokratiyanı isə verirlər. Qəhvə üçün döviz lazımdır, demokratiya üçün isə heç bir şey istəmirlər.
          Çəkdiyimiz bu qəhvə sıxıntısına bir baxın. Qəhvəyə necə də alışmışıq... Qəhvənin yaxşısını-pisini, yenisini-bayatını, safını-saxtasını bir anda başa düşə bilərik.
           Sağolsunlar bəzi yurddaşlarımız uydurma qəhvə hazırladılar. Öncə arpa qəhvəsi çıxdı, tutmadı. Sonra noxud qəhvəsi çıxdı, bəyənmədik. Sonra, paxla qəhvəsi çıxdı, içmədik. Biz millətçə qəhvə aludəçisiyik. Heç bir şeyin uydurmasını anlamarıq, ama qəhvəninkini əsla, aldanmarıq o dəqiqə ayırarıq uydurma qəhvə ilə əsl qəhvəni.
          Ey Ulu Tanrım! Nə olardı, qəhvədən anladığımız qədər, bu demokratiyadan da baş çıxara biləydik...


2 yorum:

{ orxan } at: 16 Ağustos 2012 13:50 dedi ki...

bu olkede 71 il demokratiyadan ustun sistem oldu onun qedrini bilmedik qehvenin qerdini bileceyik?

{ Feteli } at: 16 Ağustos 2012 21:58 dedi ki...

Canım qəhvə içmək istədi

Nesin ürəhdi

Yorum Gönder

 

Copyright © 2010 Yoldaş Qırmızı, All Rights Reserved. Design by DZignine