Mən də Avroviziya haqqında...

  • 11:17
  • 1 yorum


          Hamımız bilirik ki, avroviziyada qalib olmağımız yüzlərlə bəlanın üstümüzə axmasına münbit şərait yaratdı. Evləri sökülənlər, evdən çıxarılanlar nə bilim digər digər mənfi hallar. Mənim yazmaq istədiyim məsələ isə Azərbaycan Dilənçiləri ilə bağlıdı. Yəni, dilənçilərin Avroviziya ərəfəsindəki taleyi məni narahat edir. İndi camaatı aldadan da var, aldatmayanda həqiqətən dilənməyə əsası olan da var olmayanda. Bu başqa məsələ. Məsələ odur ki, bizim yoldaş turistlərimiz Bakıya gələndə hakimiyyət bunları harda gizlədəcək? Bu insanları öldürəsi deyil(!), gizlədəsi deyil, bu mühitdə onlara yaşamaq üçün şərait qurası heç deyil. Hələ o balaca qaraçı uşaqları. Onlar Bakıya gələcək olan Turistə yaxınlaşsa sonra həmin turist gedib Eyfelin başında sevgilisi ilə yemək yeyəndə deməz ki Azərbaycanda mənə dilənçi uşaqlar yaxınlaşdı!? Bəs biz analoqu olmayan inkişaf edirdik?
          Yaxşı dilənçiləri keçdim, bəs bu yolda, avtobusda əlində corab, dəsmal, albom satanlar nolacaq? Ayıb deyil John qardaşımız Big Benin yanından durub gəlsin və
görsün ki Azərbaycanda kütləvi işsizlik var, dövlət əhalini işlə təmin edə bilmir. Yaxşıdı o turist bilmir ki, Azərbaycanda hardasa hər avtobus şoferi 14-15 saat işləyir. Bilməsə yaxşıdı.
          Elə Avroviziya demişkən bir iki şey də yadıma düşdü. Bunlar əvvəlcə bilet satışlarını internetdən etdilər sonra deyəsən gördülər ki yox alınmır kassalara da çıxartdılar. Vay dövlət işçilərinin halına ki kassadaki biletler qutarmasın. Ənənəvi Naxçıvan taktikasına keçid eləyəcəklər. Tarixə bu adla düşmüş taktikanı izah eləyim istəyirsiz. Deməli, mötəbər tədbirlərə iştirakçı yığmaq üçün deyirlər ki, kim bu tədbirdə iştirak etməsə işdən çıxarılacaq indi buyurun istəyirsiz gəlməyin. Bu taktikaya ona görə ehtiyac varki, Pizza qülləsinin yanından gələn yoldaşlarımız baxıb deməsinlər ki, camaat niyə gəlməyib yəqin ki, imkanları çatmayıb. NƏ??? İmkanları Çatmayıb??? Azərbaycanda elə şey olmaz senyor Antonino. Onsuzda Kapitalizm mühiti elədir ki, məhdud iş yerləri var. Kim başını hara soxursa orda da qalır. İşinə nifrət eləsədə müdirin otağına qalxıb ağız dolusu onu söyüb, qapını çırpıb gedə bilmir. Hələ dövlət işidirsə ömrün çürüdü dostum. Hakimiyyət bir gün çıxıb televiziyadan desə ki, kim ölməsə işdən çıxardacağıq Azərbaycanda kütləvi soyqırımlar baş verər. Əminəm buna. Nəsə görək Turist yoldaşlarımıza özümüzü necə təqdim edəcəyik? Dilənçisi olmayan, hamının işlə təmin olunduğu, hər kəsin xoşbəxt və firavan yaşadığı, Xoşbəxtlik ölkəsi Azərbaycan......Sonra da Turistlər necə də ağılsızmış deyə arxalarınca gülərik........ 

                                                Yoldaş Qırmızı

1 yorum:

Adsız at: 17 Mayıs 2012 12:52 dedi ki...

Bu yazıdan sonra dövlət tırkalanmasa yaxşıdı. Tirkalansalar ən pis halda dilənçilərin ayağına daş bağlıyıb digər şeylər kimi analoqu olmayan Xəzər dənizinə atacağlar ən yaxşı halda isə sutkalığ iş verəvəylər. Yenə yaxşıdı camaat heç olmasa sabah bürsüyün senyor Antoninoya "dövlət mənə iş verdi" deyəndə yaxşı başa düşəcəylər. Və dövlətimiz hər zamanki kimi analoqu olmayan olacağ... (istehzalı Gülüş) By Haciyev Fəxri

Yorum Gönder

 

Copyright © 2010 Yoldaş Qırmızı, All Rights Reserved. Design by DZignine