Ya Sosializm, ya Barbarlıq

  • 16:59
  • 0 yorum


Marks və Engels Qərb cəmiyyətlərinin inkişafını və gələcəyini bir birinin ardınca gələn 4 dövrə bölmüş və beşinci olaraq yaşanacaq Kommunizm dövrünü nəzərdə tutmuşlar.

İbtidai Kommunizm: Ovçuluq və yığıcılığın mövcud olduğu dövrdə paylaşılan mülkiyyətə və ibtidai demokratiyaya söykənən qəbilələr dövrü

Quldarlıq: Cəmiyyətin qəbilədən ilkin şəhər dövlətlərinə keçidi, quldarlığın, mülkiyyətin və aristokratiyanın yarandığı, təsərrüfatın geniş yayıldığı dövr.

Feodalizm: Kralın da daxil olduğu, aristokratiyanın idarəedən sinif halına gəldiyi, dinin cəmiyyət üzərində böyük nüfuz sahibi olduğu dövr.

Kapitalizm: Burjuaziyanın idarəedici sinif, proletariatın əzilən sinif olduğu, parlamentli demokratiyanın geniş yayılmış siyasi sistem, bazar iqtisadiyyatının işlədiyi və  istehsal vasitələrinə özəl mülkiyyətin sahib olduğu dövr.

KOMMUNİZM: İşçilərin inqilabla kapitalistləri qovduğu və dövlətsiz, sinifsiz, özəl mülkiyyətsiz bir cəmiyyətin qurulacağı beşinci dövr.
                                                            (Karl Marks, Fridrix Engels)
Kapitalizm özündə Quldarlıq və Feodalizm quruluşları hələ də ehtiva edir. Kapitalist ilə işçi münasibətlərindən geniş yazmaq istəmirəm. Onsuzda hər şey göz qabağındadır. Qısaca, “YA SOSİALİZM, YA BARBARLIQ”


0 yorum:

Yorum Gönder

 

Copyright © 2010 Yoldaş Qırmızı, All Rights Reserved. Design by DZignine