Dərvişin "Günəş Nağılı"

  • 15:47
  • 0 yorum


          Sizə danışacağım hekayəni çox uzun zaman öncə bir dərviş mənə danışmışdı. Hekayəni dərvişin dili ilə danışacam.
          Qədim zamanlarda bir gün insanlar Günəşi şimaldan doğarkən gördü. Günəş heç vaxt bu qədər parlaq, bu qədər yaxın olmamışdı. Günəş o qədər parlaq idi ki, getdiyi hər yerə aydınlığa qərq edirdi. Kasıb, işçi insanlar ilk dəfə idi ki, başlarını qaldırıb səmaya, günəşə, buludlara baxırdı. O qədər torpağa baxmışdılar ki, artıq gözləri torpaqdan başqa heç nəyi qavraya bilmirdi. Günəş onların gözünə nur verdi. Günəşin bu torpaqlara gəlişi, varlı insanları narahat edirdi. Çünki indi bütün insanlar onların meşşan, rahat vəziyyətini görürdü. Heç bir iş görmədikləri halda, hər şeyə sahibidilər onlar. İşçilər isə, bütün işləri gördükləri halda, heç nəyə sahib deyildilər. Artıq Günəşin sayəsində hər şey “Gün işığı”na çıxmışdı. Günəşin yardımı ilə insanlar varlı və vicdansız varlıqları ölkədən qovdular. İnsanlar Günəşdən burda qalmasını, onlara kömək etməsini istədilər. Günəş onlarla qalmağa razılaşdı.
          Günəş insanlara hamının bərabər və xoşbəxt yaşayacağı bir dövlət qurdu. Günəş xalqa ilk öncə elm öyrətdi. Artıq ölkədəki hər kəs oxuyub yazmaq bilirdi.

"İşıq Elm və Araşdırma Mərkəzi"

  • 09:49
  • 2 yorum


 Sən mənə bir alma versən, mən sənə bir alma versəm səndə bir alma olacaq məndə də bir alma olacaq. Sən mənə bir bilik versən, mən sənə bir bilik versəm, səndə iki bilik olacaq, məndə də iki bilik olacaq(Konfutsi)
Bu gün "İşıq Elm və Araşdırma Mərkəzi" nin VHP-də ilk konferası keçirildi. “Kainatın görünməyən tərəfləri” adlı konferansda günəş sistemi, atom, yer kürəsinin təbiəti haqqında maraqlı biliklər gənclərə təqdim edildi. Atomdan tutmuş, astronomik bilgilərə qədər maraqlı mövzular diqqət mərkəzinə çəkildi. Düşünürəm ki, iştirakçılar həm bilik əldə etdilər, həmdə maraqlı vaxt keçirdilər. Şəxsən öz adıma bir çox yeni şey öyrəndim. Mühazirələrdən sonra iştirakçılarla mühazirəçilər arasında interaktiv sual cavab oldu. Düşünürəm ki, bəzi anlaşılmazlıqlara baxmayaraq konferans hamı üçün maraqlı və öyrədici keçdi.
          "İşıq Elm və Araşdırma Mərkəzi" “Kainatın görünməyən tərəfləri 2” adlı konferans keçirməyi planlaşdırır. Marağı olan hər kəsi konferansa dəvət edirəm. Və üzvlərə təşəkkürlərimi bildirirəm. Gənc dostlarımızın biraz təcrübəsiz olmalarına baxmayaraq onların bu yolda böyük uğur qazanacağına əminəm. Onlara “İşıq”lı biliklər arzulayıram. 
Tezliklə konferansda şəkillər də əlavə edəcəm

 

Copyright © 2010 Yoldaş Qırmızı, All Rights Reserved. Design by DZignine