“Kapital”-marksizmin dahiyanə əsəridir...

  • 08:35
  • 0 yorum

                                 
      Marks özünün başlıca əsərini yaratmaq üzərində 40-cı illərin(XIX əsr) əvvəlindən ömrünün axırınadək qırx il çalışmışdır.”Marks iqtisadi quruluşun təməl olduğu və siyasi üstqurumun həmin təməl üzərində ucaldığı fikrinə gələrək,ən çox həmin iqtisadi quruluşu tədqiq etməyə diqqət vermişdir”(V.İ.Lenin).
      Marks siyasi iqtisadla müntəzəm surətdə 1843-cü ilin axırlarından Parisdə məşğul olmağa başlamışdır.O,iqtisadi ədəbiyyatı öyrənərkən öz qarşısına mövcud quruluşu və burjua siyasi iqtisadını tənqid edən böyük bir əsər yazmağı məqsəd qoyur.Onun bu sahədəki ilk tədqiqləri öz inikasını “1844-cü il iqtisadi-fəlsəfi əlyazmaları”,”Alman ideologiyası”,”Fəlsəfə yoxsulluğu”,”Muzdlu əmək və kapital”,”Kommunist partiyasının manifesti” və başqa kimi əsərlərdə tapmışdır.Artıq həmin əsərlərdə kapitalist istismarının əsasları,kapitalistlərlə muzdlu fəhlələrin mənafeyinin bir-birilə barışmaz əksliyi,kapitalizmin bütün iqtisadi münasibətlərinin antoqonist və keçici xarakteri açılıb göstərilir.
      1848-1849-cu illərdəki inqilabın coşqun hadisələri ilə əlaqədar olan məlum fasilədən
sonra Marks öz iqtisadi tədqiqlərini 1849-cu ilin avqustunda mühacirət etməyə məcbur olduğu Londonda davam etdirə bildi.Burada o,müxtəlif ölkələrin,xüsusilə də o zaman kapitalizmin klassik ölkəsi  olan İngiltərənin xalq təsərrüfatı tarixini və o zamanki iqtisadiyyatını dərindən və hərtərəfli öyrənir.Onu bu dövrdə torpaq mülkiyyətinin tarixi və torpaq rentası nəzəriyyəsi,pul tədavülünün və qiymətlərin tarixi və nəzəriyyəsi,iqtisadi böhranlar,texnikanın və texnologiyanın tarixi,aqronomiya və aqrokimya məsələləri maraqlandırır.
     Marks görünməmiş çətin bir şəraitdə çalışırdı.O,daim ehtiyacla mübarizə aparmalı və çox vaxt pulu qazanmaq üçün öz işlərini dayandırmalı olurdu.Maddi məhrumiyyətlər şəraitində uzun müddət gərgin işləməsi üzündən Marks bərk xəstələnir.Buna baxmayaraq,artıq 1857-ci ilə yaxın o olduqca böyük hazırlıq işi görmüşdü ki,bu da öz tədqiqatının tamamlayıcı mərhələsinə-toplanmış materialları sistemə salmağa və ümumiləşdirməyə başlamaq imkanı verdi.
     1857-ci ilin avqustundan 1858-ci ilin iyununadək olan müddətdə Marks 50 çap vərəqinədək həcmdə əlyazması yaradır ki,bu da gələcəkdə “Kapital”ın ilkin qarasını təşkil etmiş olur.1857-ci ilin noyabrında Marks,bundan əlavə,öz əsərinin planını tərtib edir ki,bu da sonralar təkmilləşdirilir və olduqca dəqiqləşdirilir.Onun,iqtisadi kateqoriyaların tənqidinə həsr edilmiş bu tədqiqi altı kitaba bölünür:
1)Kapital haqqında (bir neçə giriş fəsilləri ilə birlikdə);
2)Torpaq mülkiyyəti haqqında;
3)Muzdlu əmək haqqında;
4)Dövlət haqqında;
5)Xarici ticarət haqqında;
6)Dünya bazarı haqqında.
Birinci kitabda(“Kapital haqqında”) dörd bölmə olması nəzərə alınmışdı:a)Ümumiyyətlə kapital,b)Kapitalların rəqabəti,c)Kredit,ç)Səhmdar kapitalı,həm də “Ümumiyyətlə kapital” bölməsi daha üç hissəyə bölünmüşdü:
1)Kapitalın istehsal prosesi;
2)Kapitalın tədavül prosesi;
3)Bunların hər ikisinin vəhdəti,və ya yaxud kapital və mənfəət,faiz.
    Qeyd etmək lazımdır ki,bu axırıncı ,ayrıca bölgü sonralar bütün əsərin “Kapital”ın üç müvafiq cildə bölünməsinin əsasını təşkil etmişdir.Siyasi iqtisaın və sosializmin tarixini xüsusi əsər halında vermək nəzərdə tutulurdu.
    Eyni zamanda Marks bu qərara gəlir ki,özünün yaratmaqda olduğu əsər ayrı-ayrı buraxılışlar şıklində çıxacaqdır və birinci buraxılış “mütləq müəyyən dərəcədə tam bir əsər təşkil etməlidir” ki,bu da birinci kitabın ancaq birinci bölməsini-üç fəsildən ibarət:1)Əmtəə;2)Pul və ya sadə tədavül və 3)Kapital-bölməsini qavrayır.Lakin siyasi mülahizələrə görə üçüncü fəsil birinci hissənin axırıncı variantına-“Siyasi iqtisadın tənqidinə dair”kitabına daxil olmamışdır.Marks göstərmişdir ki,məhz həmin fəsildən “əsil vuruşma başlanır” və onun fikrincə,rəsmi senzura,polis təqibləri və hökmran siniflərin xoşuna gəlməyən müəlliflərin hər cür təqib edilməsi şəraitində belə bir fəsil buraxmaq yersiz olardı.Marks “birinci buraxılış” üçün xüsusi olaraq əmtəə haqqındakı fəsli yazmış və 1857-1858-ci illərin əlyazmasından pul haqqındakı fəsil üzərində yenidən əsaslı surətdə işləmişdir.
    “Siyasi iqtisadın tənqidinə dair” kitabı 1859-cu ildə çapdan çıxdı.Az sonra “ikinci buraxılışın”,yəni kapital haqqındakı fəslin dərc olunması da nəzərdə tutulurdu ki,bu da 1857-1858-ci illərdəki əlyazmasının əsas məzmununu təşkil edirdi.Marks Britaniya muzeyində siyasi iqtisadla müntəzəm surətdə məşğul olmağa başlayır.Doğrudur,nisbətən az sonra o,mətbuatda çıxış edib bonapartçı agent K.Foqtun böhtançı hücumlarını ifşa etmək zərurəti və başqa təcili işlərlə əlaqədar olaraq bu əsəri tam il yarım təxirə salmalı oldu.O ancaq 1861-ci ilin avqustunda geniş əlyazmasına başlayaraq,bunu 1863-cü ilin ortaları qurtarır.Ümumiyyətlə,200 çap vərəqinədək həcmdə olan və 23 dəftər təşkil edən əlyazması da,1859-cu il kitabı kimi-“Siyasi iqtisadın tənqidinə dair” adlandırılmışdır.Bu əlyazmasının çox hissəsi(VI-XV və XVIII dəftərlər) iqtisad təlimlərinin tarixindən bəhs edir.Bunu SSRİ-də Sovet ittifaqı kommunist partiyası Mərkəzi Komitə(Sov.İKP MK) yanında Marksizm-Leninizm İnstitutu rus dilində çapa hazırlayıb “İzafi dəyər nəzəriyyələri”(Kapitalın IV cildi) adı ilə nəşr etdirmişdir.Əvvəlinci 5 dəftərdə və qismən XIX-XXIII dəftərlərdə  “Kapital”ın birinci cildinin mövzuları verilmişdir.Marks burada pulun kapitala çevrilməsini təhlil edir,mütləq və nisbi izafi dəyər təlimini inkişaf etdirir və bir sıra başqa məsələlərdən bəhs edir.Xüsusilə,XIX vəXX dəftərlərdə birinci cildin on üçüncü fəsli olan “Maşınlar və iri sənaye” fəslinin ətraflı əsası verilmişdir;həmin dəftərlərdə texnikanın tarixinə dair zəngin material verildiyi kimi,kapitalist sənayesində maşın tətbiqinin çox ətraflı iqtisadi təhlili də verilmişdir.XXI-XXIII dəftərlərdə,”Kapital”ın müxtəlif cildlərinə,o cümlədən ikinci cildinə aid ayrı-ayrı məsələlər işıqlandırılır.XVI-XVII dəftərlər tamamilə üçüncü cildin problemlərinə həsr edilmişdir.Beləliklə,1861-1863-cü illərin əlyazması az və ya çox dərəcədə “Kapital”ın bütün dörd cildinin problemlərindən bəhs edir.
    İşin sonrakı gedişində Marks özünün bütün əsərinin,üç hissədən ibarət olacaq “Ümumiyyətlə kapital” bölməsi üçün irəlicədən nəzərdə tutulan plan əsasında qurmaq qərarına gəlir.Əlyazmasının tarix-tənqid hissəsinə gəldikdə isə,bu,tamamlayıcı dördda yazır:”Bütün əsər aşağıdakı hissələrə bölünür: I kitab)Kapitalın istehsal prosesi. II kitab)Kapitalın tədavül prosesi. III kitab)Bütünlükdə prosesin formaları. IV kitab)Nəzəriyyənin tarixinə dair”.Marks həbelə əvvəllər nəzərdə tutulduğu kimi,əsərin ayrı-ayrı buraxılışlarla nəşr edilməsi planından da əl şəkir və əvvəlcə bütün əsəri heç olmazsa əsas etibari ilə hazırlamağı və ancaq ondan sonra nəşr etməyi öz qarşısına vəzifə qoyur.
    Bununla əlaqədar olaraq,Marks öz əsəri üzərində və xüsusilə 1861-1863-cü illərin əlyazmasında kifayət qədər inkişaf etdirilməmiş hissələri üzərində var qüvvə ilə çalışmaqda davam edir.O əlavə olaraq çoxlu miqdar iqtisadi və texniki ədəbiyyat,o cümlədən kənd təsərrüfatına dair,kredit və pul tədavülü məsələlərinə dair ədəbiyyatı öyrənir,sənayedə uşaq əməyi haqqında,ingilis proletariatının mənzil şəraiti haqqında və i.a. statistika materiallarını,müxtəlif parlament sənədlərini,rəsmi hesabatları öyrənir.Bunun ardınca Marks iki il yarım ərzində(1863-cü ilin avqustundan 1865-ci ilin axırlarınadək) olduqca böyük bir əlyazması yaradır ki,bu da “Kapital”ın üç nəzəri cildinin ətraflı işlənmiş birinci variantını təşkil edir.Ancaq,ümumiyyətlə bütün əsər yazıldıqdan sonra(yanvar 1866-cı il) Marks bunu çap üçün qəti surətdə hazırlamağa başlayır,həm də Engelsin məsləhəti ilə o,bütün əsəri çapa hazırlamaq deyil,birinci “Kapital”ın əvvəlinci cildini hazırlamaq qərarına gəlir.Marks öz əsəri üzərində bu axırıncı dəfə çox böyük dəqiqliklə işləməli oldu və beləliklə “Kapital”ın ümumən bütün birinci cildini bir daha işləyib hazırladı.Əsərin bütövlüyü,dolğunluğu v əaydınlığı xatirinə Marks 1859-cu ildə nəşr edilmiş “Siyasi iqtisadın tənqidinə dair” əsərinin məzmununun əsas məsələlərini “Kapital”ın birinci cildinin əvvəlində nisbətən qısa şəkildə təkrar etməyi lazım bildi-bu məsələlər indi bütün birinci bölməni(“Əmtəə və pul”) təşkil edir,birinci nəşrində isə əvvəlinci fəslidə(“Əmtəə və pul”) işıqlandırılırdı.
    “Kapital”ın birinci cildi çapdan çıxdıqdan sonra(sentyabr 1867-ci il) Marks,kitabın alman dilində yeni nəşrlərinin hazırlanması və xarici dillərə tərcüməsi ilə əlaqədar olaraq onun üzərində işləməkdə davam edir.O,ikinci nəşrində(1872-ci il) bir çox dəyişikliklər edir,1872-ci ildə Peterburqda çıxmış və “Kapital”ın xarici dillərə birinci təcüməsi olan rusca nəşri ilə əlaqədar olaraq mühüm göstərişlər verir,1872-1875-ci illərdə ayrö-ayrö buraxılışlarla dərc olunan fransızca tərcüməsini xeyli dərəcədə yenidən işləyib redaktə edir.
     Digər tərəfdən,”Kapital”ın birinci cildi çıxdıqdan sonra Marks bütün əsəri tezliklə başa çatdırmaq məqsədi ilə sonrakı cildlər üzərində çalışmaqda davam edir.Lakin bu ona müyəssər olmur. I İnternasionalın Baş Şurasında çoxcəhətli fəaliyyəti ondan çox vaxt alır.Səhhətinin yaxşı olmadığına görə işi getdikcə daha tez-te dayandırmalı olur.Eyni zamanda Marksın fövqəladə dərəcədə elmi vicdan və dəqiqliyi və Engelsin göstərdiyi kimi,”öz böyük iqtisadi kəşflərini elan etməmişdən əvvəl bunları tam mükəmməl surətdə işləyib hazırlamaq” səyi onu bu və ya başqa bir problemi nəzərdən keçirdikdə yenidən və yenə əlavə tədqiqlərə girşməyə vadar edir.Bu yaradıcılıq işinin gedişində habelə bir çox yeni məsələlər də meydana çıxırdı.
   “Kapital”ın sonrakı iki cildi Engels tərəfindən ,Marksın ancaq vəfatından sonra-ikinci cild 1885-ci ildə və üçüncü cild-1894-cü ildə çapa hazırlanıb nəşr edilmişdir.Bununla Engels elmi kommunizm xəzinəsinə çox qiymətli yardım göstərmişdir.
     Marksın vəfatından sonra Engels “Kapital”ın birinci cildinin ingilis dilinə tərcüməsini redaktə etmiş (1887-ci ildə çıxmışdır).”Kapital”ın birinci cildinin alman dilində üçüncü nəşrini (1883) və dördüncü nəşrini (1890) çapa hazırlamışdı.Bundan əlavə,Marksın vəfatından sonra,lakin hələ Engelsin sağlığında,”Kapital”ın birinci cildinin aşağıdakı nəşrləri çıxmışdı:ingilis dilində Londonda üç nəşri (1888,1889 və 1891),ingilis dilində Nyu-Yorkda üç nəşri (1887,1889 və 1890);fransız dilində Parisdə nəşri (1885),Danimarka dilində Kopenhagendə (1885),ispan dilində Madriddə (1886),italyan dilində Turində (1886),polyak dilində Leypsiqdə(1884-1889),holland dilində Amsterdamda nəşri (1894),habelə bir sıra başqa natamam nəşrləri.
     Marksın şəxsi göstərişlərinə əsasən Engels “Kapital”ın almanca dördüncü nəşrində (1890) “Kapital”ın birinci cildinin mətn və qeydlərinin qəti redaksiyasını hazırladı.İndi həmin əsər bütün dünyada almanca dördüncü nəşrinə əsasən yenidən nəşr edilir və tərcümə olunur.

                             Yazı Mövlud məmmədli tərəfindən blog üçün hazırlanmışdır...




0 yorum:

Yorum Gönder

 

Copyright © 2010 Yoldaş Qırmızı, All Rights Reserved. Design by DZignine