Siyasi Yuxu

  • 15:40
  • 0 yorum



            Hərdən özümə qıraqdan baxanda qəribə olduğumu hiss edirəm. Yolda, avtobusda, metroda, universitetdə, hətta evdə belə yad, qərib olduğumu dərk edəndə həm sevinirəm, həm kədərlənirəm. Kədərlənirəm ki, hamı ilə anlaşa bilmirəm, müsahib ola biləcəyim adam tapmaqda çətinlik çəkirəm. Sevinirəm ki, çox vaxt qəribə, sıradan olmayan hadisələrlə qarşılaşıram, qəribə yuxular görürəm. Son vaxtlar yuxu xəzinəm xeyli zənginləşib. Məsələn, Necati Şaşmazın( Polat Alemdar) Nizami küçəsində dönər satması, Cavid Ağanın saqqalsız olması, Əli Əkbərin üstümə bıçaq çəkməsi kimi rəngarəng yuxular. Bəzən də yuxularıma mifik oAvropasında bir yerlərdəyəm. Şəhərdə hər şey dəyib birbirinə, hər tərəf tüstü dumandı, hamı ora bura qaçır. Kimi dayandırıb soruşmaq istəyirəm ki, nə baş verir heç kim dayanmır. Gördüm cavab verən ol əjdahanı oyadıb, nəyimiz var, nəyimiz yox, hamısını məhv edəcək. Onda başıma dəydi ki, qara camaat əlindəki üç-beş qəpiyi əjdahanın əlinə verməmək üçün ora-bura

Müsəlmanlar Cahiliyəyə qayıdır...

  • 11:33
  • 0 yorum



Müsəlmanlar Məhəmməd peyğəmbərdən əvvəlki dövrü cahiliyyə dövrü adlandırır. Hər zaman cahiliyyə dövründə yaşananlar pislənir, cahiliyyə adətləri İslam aləmində qəbul olunmur. Müşriklərin peyğəmbərə və ilk müsəlmanlara yaşatdıqları şiddətlə tənqid olunur, lənət oxunur. Amma dünya fırlandı, dövr dəyişdi Məhəmmədin ümməti müşriklərin peyğəmbərə, ilk müsəlmanlara yaşatdıqlarını indi inancsızlara yaşadır. Yəni ki, müsəlmanlar pislədikləri cahilliyə adətlərinə geri qayıdır. Taleyin ironiyası.
            Məhəmməd Peyğəmbər yeni din gətirəndə məkkəlilərin ilk reaksiya “Ey Məhəmməd, sən bizdən ata-babalarımızın dinindən dönməmizi istəyirsən? Vallah, biz ata-babalarımızın dinindən dönmərik” olmuşdu. Məkkəli müban ateist olub?” sualına şahid olmuşuq. Müsəlmanlar məkkəli müşriklərlə eyni sualı verir. 
            Məhəmməd açıqdan təbliğə başlayarkən müşriklər onu döymüş, daşlamış, hətta öldürməyə belə cəhd etmişdilər. Hər gün təhdid edir, öldürməklə hədələyirdilər. Bu gün müsəlmanlar da İslamdan çıxanlara qarşı eyni metodu tətbiq edirlər. İnancsızlar döyür, ölümlə təhdid edirlər. Hamımız təhdidlərə də şahid olmuşuq. Müşriklərlə müsəlmanların ənənə halını almış dindən çıxmağa qarşı reaksiyası eynidir.
            Məhəmməd peyğəmbər müşriklərin tapındığı bütləri qırmışdı. Özünə  xeyri və zərəri olmayan bütləri. Müsəlmanların doqmalaşdırdıqları Allah da məkkəlilərin bütlərindən heç nəyi ilə fərqlənmir. Sadəcə biri görünür, digəri

İnternasionala baxış

  • 18:19
  • 0 yorum


Oyan, artıq yuxudan oyan, oyan əsirlər dünyası: Yüzillərdir yaxşı yuxular görmək ümidilə yatırsan, oyan xalq, oyan. Gerçək xoşbəxtlik reallıqda sənin ola bilər.
                                                                   ***
Zülmə qarşı qisasımız vulkan, savaşımız ölüm-dirim savaşı: Yetər artıq yüzillərdir bizi insan saymayanlara qarşı susduq. Sürünərək yaşamağı, ayaqüstə ölməkdən üstün tutma. Azadlığın üçün savaş, ölənə qədər savaş. Onsuzda kölənin ölüdən fərqi yoxdur...
                                                                    ***
Keçmiş kökündən silinsin, biz başqa dünya istəyirik: Keçmişimizə dönüb baxanda hər zaman kölə olduğumuzu görə bilərik. Bəsdir artıq bu köləlik, biz azad olacağımız bir dünya istəyirik. Biz müharibə dolu dünya istəmirik, biz sevgi və ədalət istəyirik...
            

Ya Sosializm, ya Barbarlıq

  • 16:59
  • 0 yorum


Marks və Engels Qərb cəmiyyətlərinin inkişafını və gələcəyini bir birinin ardınca gələn 4 dövrə bölmüş və beşinci olaraq yaşanacaq Kommunizm dövrünü nəzərdə tutmuşlar.

İbtidai Kommunizm: Ovçuluq və yığıcılığın mövcud olduğu dövrdə paylaşılan mülkiyyətə və ibtidai demokratiyaya söykənən qəbilələr dövrü

Quldarlıq: Cəmiyyətin qəbilədən ilkin şəhər dövlətlərinə keçidi, quldarlığın, mülkiyyətin və aristokratiyanın yarandığı, təsərrüfatın geniş yayıldığı dövr.

Feodalizm: Kralın da daxil olduğu, aristokratiyanın idarəedən sinif halına gəldiyi, dinin cəmiyyət üzərində böyük nüfuz sahibi olduğu dövr.

Kapitalizm: Burjuaziyanın idarəedici sinif, proletariatın əzilən sinif olduğu, parlamentli demokratiyanın geniş yayılmış siyasi sistem, bazar iqtisadiyyatının işlədiyi və  istehsal vasitələrinə özəl mülkiyyətin sahib olduğu dövr.

KOMMUNİZM: İşçilərin inqilabla kapitalistləri qovduğu və dövlətsiz, sinifsiz, özəl mülkiyyətsiz bir cəmiyyətin qurulacağı beşinci dövr.
                                                            (Karl Marks, Fridrix Engels)
Kapitalizm özündə Quldarlıq və Feodalizm quruluşları hələ də ehtiva edir. Kapitalist ilə işçi münasibətlərindən geniş yazmaq istəmirəm. Onsuzda hər şey göz qabağındadır. Qısaca, “YA SOSİALİZM, YA BARBARLIQ”


Avtobus əhvalatı

  • 12:47
  • 1 yorum

***

           1-2 ay bundan qabaq avtobusla universitetdən evə gedirdim. Yolum uzun olduğundan avtobusda ya kitab oxuyuram, ya da sərnişinləri müşahidə eləməklə məşğul oluram. İstifadə etdiyim avtobusun sərnişinlərinin əksəriyyəti məktəblilərdən ibarət idi. Fikir verirdim düşən uşaqların heç biri gediş haqqını ödəmirdi. Sürücü ilk əvvəllər heç nə deməsə də sonda səbri çatmadı və uşaqların hamısında ciddi cəhdlə pul tələb etdi. Uşaqlar da verməyəndə valideynlərin ünvanına "dualar" oxudu sürücü. Avtobusda hadisələr bu cür cərəyan edirdi. Sürücü hər dəfə pul tələb edir, amma qarşılığında bir şey almayacağını başa düşəndən sonra məcbur olub qapını açırdı. Təbii ki, avtobusda oturub evlərinə tələsən yaşlıların da bu işdə(yəni qapıların açılmasında) rolunu danmaq olmaz. Əlqərəz, şahidi olduğum bu hadisə haqqında düşünməyə başladım. Avtobusda iki əks qütb var idi. Pul tələb edən sürücü və pul verməyən məktəblilər. Düşünürdüm görəsən

Dərvişin "Günəş Nağılı"

  • 15:47
  • 0 yorum


          Sizə danışacağım hekayəni çox uzun zaman öncə bir dərviş mənə danışmışdı. Hekayəni dərvişin dili ilə danışacam.
          Qədim zamanlarda bir gün insanlar Günəşi şimaldan doğarkən gördü. Günəş heç vaxt bu qədər parlaq, bu qədər yaxın olmamışdı. Günəş o qədər parlaq idi ki, getdiyi hər yerə aydınlığa qərq edirdi. Kasıb, işçi insanlar ilk dəfə idi ki, başlarını qaldırıb səmaya, günəşə, buludlara baxırdı. O qədər torpağa baxmışdılar ki, artıq gözləri torpaqdan başqa heç nəyi qavraya bilmirdi. Günəş onların gözünə nur verdi. Günəşin bu torpaqlara gəlişi, varlı insanları narahat edirdi. Çünki indi bütün insanlar onların meşşan, rahat vəziyyətini görürdü. Heç bir iş görmədikləri halda, hər şeyə sahibidilər onlar. İşçilər isə, bütün işləri gördükləri halda, heç nəyə sahib deyildilər. Artıq Günəşin sayəsində hər şey “Gün işığı”na çıxmışdı. Günəşin yardımı ilə insanlar varlı və vicdansız varlıqları ölkədən qovdular. İnsanlar Günəşdən burda qalmasını, onlara kömək etməsini istədilər. Günəş onlarla qalmağa razılaşdı.
          Günəş insanlara hamının bərabər və xoşbəxt yaşayacağı bir dövlət qurdu. Günəş xalqa ilk öncə elm öyrətdi. Artıq ölkədəki hər kəs oxuyub yazmaq bilirdi.

"İşıq Elm və Araşdırma Mərkəzi"

  • 09:49
  • 2 yorum


 Sən mənə bir alma versən, mən sənə bir alma versəm səndə bir alma olacaq məndə də bir alma olacaq. Sən mənə bir bilik versən, mən sənə bir bilik versəm, səndə iki bilik olacaq, məndə də iki bilik olacaq(Konfutsi)
Bu gün "İşıq Elm və Araşdırma Mərkəzi" nin VHP-də ilk konferası keçirildi. “Kainatın görünməyən tərəfləri” adlı konferansda günəş sistemi, atom, yer kürəsinin təbiəti haqqında maraqlı biliklər gənclərə təqdim edildi. Atomdan tutmuş, astronomik bilgilərə qədər maraqlı mövzular diqqət mərkəzinə çəkildi. Düşünürəm ki, iştirakçılar həm bilik əldə etdilər, həmdə maraqlı vaxt keçirdilər. Şəxsən öz adıma bir çox yeni şey öyrəndim. Mühazirələrdən sonra iştirakçılarla mühazirəçilər arasında interaktiv sual cavab oldu. Düşünürəm ki, bəzi anlaşılmazlıqlara baxmayaraq konferans hamı üçün maraqlı və öyrədici keçdi.
          "İşıq Elm və Araşdırma Mərkəzi" “Kainatın görünməyən tərəfləri 2” adlı konferans keçirməyi planlaşdırır. Marağı olan hər kəsi konferansa dəvət edirəm. Və üzvlərə təşəkkürlərimi bildirirəm. Gənc dostlarımızın biraz təcrübəsiz olmalarına baxmayaraq onların bu yolda böyük uğur qazanacağına əminəm. Onlara “İşıq”lı biliklər arzulayıram. 
Tezliklə konferansda şəkillər də əlavə edəcəm

 

Copyright © 2010 Yoldaş Qırmızı, All Rights Reserved. Design by DZignine