Kamal Sunal və Film Devrimi

  • 14:14
  • 2 yorum

            Bu gün Solun gülən üzü Kamal Sunalın vəfatının 12-ci il dönümüdür. Filmlərinə gülə-gülə dəfələrlə baxdığımız Kamal Sunal kariyerasına "Hababam Sınıfı" filmi ilə "İnək Şaban" rolunda başlayıb və "Propaqanda" filmi ilə bitirib. Türk filminin usta aktyorunun yüzlərlə filmi var. Bu yazıda konkret bir filmi- Osman Sedenin ssenari və rejisorluğu ilə çəkilən "100 numaralı adam"dan bəhs etməyə çalışacam.
            Baş rol oyunçusu- filmdəki adı ilə Şaban kasıb bir ailənin oğludur.  Dəfələrlə işə girsədə heç bir işi bacarmır və qovulur. Sonda reklam istehsalçıları xalqdan birini- Şabanı kəşf edir. Şaban bir anda reklam ulduzuna, xalqın sevimlisinə çevrilir. Reklam şirkəti hər cür xarab malı Şaban vasitəsilə reklam edir və mallar sürətlə istehlak edilməyə başlayır. Ona inanan xalq reklam olunan hər malı alır. Şaban çıxdığı televiziya verilişinde saf olduğundan Kapitalizmin xırda burjuasını- ticarətlə məşğul olanları ifşa edir. Atası südə su qatır, əczaxanaçı dərmana əhəng. Hətta insanların istehlak etdiyi ətə belə yad maddələr qarışdırırlar.
 

Copyright © 2010 Yoldaş Qırmızı, All Rights Reserved. Design by DZignine