Avtobus əhvalatı

  • 12:47
  • 1 yorum

***

           1-2 ay bundan qabaq avtobusla universitetdən evə gedirdim. Yolum uzun olduğundan avtobusda ya kitab oxuyuram, ya da sərnişinləri müşahidə eləməklə məşğul oluram. İstifadə etdiyim avtobusun sərnişinlərinin əksəriyyəti məktəblilərdən ibarət idi. Fikir verirdim düşən uşaqların heç biri gediş haqqını ödəmirdi. Sürücü ilk əvvəllər heç nə deməsə də sonda səbri çatmadı və uşaqların hamısında ciddi cəhdlə pul tələb etdi. Uşaqlar da verməyəndə valideynlərin ünvanına "dualar" oxudu sürücü. Avtobusda hadisələr bu cür cərəyan edirdi. Sürücü hər dəfə pul tələb edir, amma qarşılığında bir şey almayacağını başa düşəndən sonra məcbur olub qapını açırdı. Təbii ki, avtobusda oturub evlərinə tələsən yaşlıların da bu işdə(yəni qapıların açılmasında) rolunu danmaq olmaz. Əlqərəz, şahidi olduğum bu hadisə haqqında düşünməyə başladım. Avtobusda iki əks qütb var idi. Pul tələb edən sürücü və pul verməyən məktəblilər. Düşünürdüm görəsən
hansı haqlıdır? Biraz düşünəndən sonra qərara gəldim ki, hər ikisi haqlıdır. Sürücü iş gününün sonunda planı ödəməlidir. Buna görə də pul tələb etməkdə haqlıdır. Məktəbli uşağına pul verməyən valideyn...O da haqlıdır. Əminəm ki, valideyn əvvəlcədən onun ünvanına oxunacaq "dualar"dan xəbərdardır. Bunu gözə alaraq uşağına pul vermirsə deməli həqiqətən də o 40 qəpiyə ehtiyacı var. İki əks tərəf varsa deməli burda haqsız olan və ya tərs gedən bir şey var. Onun da cavabı budur ki, bu iki tərəfi üz üzə qoyan qüvvə. Yeganə haqsız qüvvə odur. Buna istəyirsiniz rejim deyin, istəyirsiz hökümət, istəyirsiz də kapitalizm. Elə də fərqi yoxdur, hamısının mahiyyətində duran amil eynidir.

1 yorum:

Adsız at: 8 Ekim 2012 13:17 dedi ki...

Valideyn ola bilmez pul vermesin, sadece indiki mektebliler yol pulunu bashqa meqsedlere istifade eliyirler.

Yorum Gönder

 

Copyright © 2010 Yoldaş Qırmızı, All Rights Reserved. Design by DZignine